Yanq di-Pertuan Aqonq

Yanq di-Pertuan Aqonq
Malayziyanın Yanq di-Pertuan Aqonq Əlahəzrətinin Gerbi
Malayziyanın Yanq di-Pertuan Aqonq Əlahəzrətinin Gerbi

Vəzifədədir
Ibrahim Iskandar

31 yanvar 2024-cu ildən
Başçılıq edir Malayziya
Müraciət forması Əlahəzrət
Rəsmi iqamətgahı İstana Neqara, Kuala-Lumpur
Səlahiyyət müddəti 5 il
Vəzifənin təsis tarixi 31 avqust 1957
Vəzifədə birinci Tuanku Əbdül Rəhman
Rəsmi saytı istananegara.gov.my

Yanq di-Pertuan AqonqMalayziyanın ali seçkili monarxının titulu. Bu vəzifə Malaya Federasiyası Böyük Britaniyadan müstəqilliyini əldə etdikdən sonra 1957-ci ildə yaradılıb. Malayziya konstitusiyalı monarxiyadır. Yanq di-Pertuan Aqonq dünyada bir neçə seçilmiş monarxlardan biridir. Yanq di-Pertuan Aqonqun xanımı Raja Permaisuri Agong adlandırılır.

Malayziyanın konstitusiyalı monarxiyasında, Yan di-Pertuan Aqonq Konstitusiya çərçivəsində geniş səlahiyyətlərə malikdir. Konstitusiyada göstərilir ki, Federal hökumətin icraedici hakimiyyəti Yanq di-Pertuan Aqonqa məxsusdur və Nazirlər Kabineti Şurasının məsləhətinə uyğun olaraq onun tərəfindən həyata keçirilir. Malayziyanın baş naziri parlamentin üzvləri arasından Yanq di-Pertuan Aqonq tərəfindən təyin edilir. İqamətgah Kuala Lumpurun şimalında yerləşən İstana Neqara sarayıdır.

16-cı və hal-hazırkı Yanq di-Pertuan Aqonq Ibrahim Iskandar, vəzifəsinin icrasına 31 yanvar 2024-cu ildə başlayıb.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search